Vera Brejneva Meladzedən BOŞANDI FOTO


Digərləri 27 Noy 2019 07:00:00 183 0

Vera Brejneva Meladzedən BOŞANDI  FOTO

"Via qra" qrupunun eks-üzvü, müğənni Vera Brejneva məşhur musiqiçi Konstantin Meladzedən ayırılıb.

Son.az xəbər verir ki, Vera Brejneva instaqramda kupalnikdə şəklini paylaşıb. Abunəçilərdən biri bu fotoya ulduzun əri ilə birlikdə olan bütün şəkillərini öz səhifəsindən silməsinə münasibət bildirib.

İnstaqramda verilən "Vera, Konstantin Meladzedən boşanmısan" sualını Vera cavabsız qoymayıb. Musiqiçi ilə münasibətlərinin pisləşdiyini və boşanmaq üzrə olduqlarını inkar etməyən ifaçı "Bu, sizi belə narahat edir?" sözlərini yazmaqla kifayətlənib.

Xatırladaq ki, oktyabr ayında Brejneva KİV-də ərinin xəyanəti ilə bağlı şayiələrə istehzalı cavab vermişdi. O, zarafatla Meladzenin nəinki işinə, ailəsinə və qohumlarına vaxt ayırdığını, eyni zamanda başqa bir qadınla "gəzməyə" də fürsət tapdığını qeyd etmişdi.

Qeyd edək ki, bu yaxınlarda bir sıra rus mətbu orqanlarında Meladzenin sevgilisi olduğu barədə məlumatlar yayılıb. Bildirilib ki, Konstantin Meladzenin "Via qra" qrupunun hazırkı üzvü Erika Qerçeqlə romantik əlaqəsi var. Prodüser və ifaçı bu şayiələrə münasibət bildirməyib.