Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu


Kriminal 26 Noy 2019 20:50:00 137 0

Azərbaycanlı 35 yaşlı qazaxıstanlının ölümünə səbəb oldu

Azərbaycan vətəndaşı Rusiyanın Həştərxan vilayətində törətdiyi qəzaya görə hakim qarşısına çıxacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Tambov-Volqoqrad-Astraxan" magistralının 1301-ci kilometrliyində "Dodge Nitro" və "Toyota Ipsum" markalı avtomobillərin toqquşması nəticəsində 35 yaşlı Qazaxıstan vətəndaşı həyatını itirib.

Qəzanı törətməkdə şübhəli bilinən 24 yaşlı azərbaycanlı və onun avtomobilində olan 45 yaşlı sərnişin yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.