Qobustan Qoruğunda Füruzə Muradovanın 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib FOTO
Kriminal 26 Noy 2019 20:26:00 80 0
Qobustan Milli Tarix-Bədii Qoruğunda tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Füruzə Muradovanın 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Bu xəbəri də oxu: Bakıda şirniyyat sexi qarət edildi, 150 min manatlıq avadanlıq oğurlandı
Yubiley tədbirini giriş sözü ilə açan Qobustan Milli Tarix- Bədii Qoruğunun direktoru Vüqar İsayev Füruzə Muradovanı yubiley münasibəti ilə təbrik edib, onun Qobustan abidələrinin tədqiqi və öyrənilməsi işindəki xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova 85 illik yubileyi münasibəti ilə Füruzə Muradovaya xoş arzularını bildirib, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun adından təbriklərini çatdırıb. Xalqımızın milli sərvəti olan Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində Füruzə Muradovanın müstəsna xidmətləri olduğunu diqqətə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli onun yorulmaz elmi fəaliyyətini yüksək qiymətləndirib, bütün varlığı ilə Qobustana, elmə,Azərbaycan Milli Elmlər Akademiyasına bağlı olan yubilyarın gənc nəsilə örnək olduğunu bildirib.Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova arxeologiya elmi qarşısında əvəzsiz xidmətləri olmuş Füruzə Muradovanın mənalı həyat yolu və səmərəli iş fəaliyyətindən söz açıb, Qobustan abidələrinin arxeoloji tədqiqatlarını Füruzə Muradovanın elmi nailiyyətləri sırasında qeyd edib.Tarix elmləri doktoru, professor Vəli Əliyev çıxışında Füruzə xanımın zəhmətkeş tədqiqatçı olmaqla bərabər gözəl insan, dəyərli xanım və gözəl ailə başçısı olduğunu vurğulayıb, öz xoş arzularını dilə gətirib. Tədbirdə çıxış edən digər natiqlər- Qobustan Milli Tarix-Bədii Qoruğunun baş fond mühafizi Fikrət Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Abbas Seyidov, Fərhad Quliyev,
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşı Kamil İbrahimov Füruzə xanımı yubiley münasibəti ilə təbrik edib, yubilyara xoş arzularını çatdırıb. Sonra yubilyarın şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Sonda çıxış edərək arxeologiya sahəsinə gəlişindən, Qobustanda apardığı tədqiqat işlərindən bəhs edən, xoş xatirələrini qonaqlarla bölüşən yubilyar keçirilən tədbirə və əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova, Qobustan Milli Tarix-Bədii Qoruğunun kollektivinə dərin minnətdarlığını bildirib.
Yubilyara Qobustan Milli Tarix- Bədii Qoruğu adından fəxri fərman və hədiyyələr təqdim olunub.Tədbir çərçivəsində nümayiş olunan Füruzə Muradovanın həyat və fəaliyyətini əks etdirən sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.Tədbir yubilyarın şərəfinə təşkil olunmuş ziyafətlə davam edib.
"AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici

Ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü

İslahatlar bizim şüurlu seçimimizdir.

Bir neçə gün öncə səhnədə halı pisləşən Türkiyəli aktrisa Gonca V

İslahatlar bizim şüurlu seçimimizdir.

"Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmə

Model Natali Vodyanovanın ərinin atası, "Louis Vuitton Moët Hennessy&qu

Xalq yazıçısı Kamal Abdullanın “Sehirbazlar dərəsi” romanı Buxarestd

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasib

Rusiya ordusu ABŞ mütəxəssislərinə "Avanqard" raket sistemlərin

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 mənzil

Bu il 47-ci dəfə təşkil olunan nüfuzlu "Emmy" mükafat mərasimi

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bər
