Rusiya Ankara ilə yeni “S400” müqaviləsi imzalayacaq


Dünya 26 Noy 2019 19:45:00 138 0

Rusiya Ankara ilə yeni “S400” müqaviləsi imzalayacaq

2020-ci ildə Türkiyə ilə "S-400"lərlə bağlı yeni müqavilə imzalanması planlaşdırılır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev deyib.

"Biz ümid edirik ki, 2020-ci ilin birinci yarısında müqavilə sənədlərinin imzalanmasına keçəcəyik. Türkiyə ilə hərbi-texniki əməkdaşlıq yalnız "S-400" tədarükü ilə məhdudlaşmır. Bizim qarşıda böyük planlarımız var", - Mixeyev bildirib.