Tbilisidə etiraz aksiyası bərpa olunub


Dünya 26 Noy 2019 19:50:34 127 0

Tbilisidə etiraz aksiyası bərpa olunub

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub.

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçıların tələbi dəyişməz olaraq qalıb.

Aksiyaçılar seçkilərin proporsional sistem üzrə keçirilməsini tələb edirlər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada parlamentin binası bloklanmayacaq, belə ki, sabah qanunverici orqanın iclası keçirilməyəcək.

Parlamentin binasının girişlərinə polis əməkdaşları səfərbər olunub.