AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib (FOTO)


Digərləri 26 Noy 2019 19:28:37 85 0

AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində silsilə tədbirləri davam etdirir.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində silsilə tədbirləri davam etdirir. AQTA-dan Trend-ə verilən məlumata görə, agentlik tərəfindən 2019-2020-ci tədris ilindən etibarən təhsil, kənd təsərrüfatı və səhiyyə nazirlikləri ilə birgə “Məktəblilər üçün süd” pilot layihəsinə start veriləcək. Layihə çərçivəsində Sabunçu rayonu Pirşağı qəsəbəsi 305 nömrəli orta məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivi 29 və 32 saylı məktəblərdə valideynlərlə görüş keçirilib. Görüşdə AQTA əməkdaşları iştirakçılara layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatlar çatdırıblar. Pilot layihəyə hazırlıq məqsədilə keçirilən görüşdə AQTA əməkdaşları tərəfindən valideynlərə südün istehlak qaydaları və insan orqanizmi üçün faydaları barədə məlumat verilib. Bildirilib ki, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən vacib amillərdən biri də onların düzgün qidalanmasıdır. Qeyd olunub ki, gələcək nəsillərin sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə həyata keçiriləcək bu layihə ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək.