Son iki ildə gömrük orqanları tərəfindən büdcəyə əlavə 2 milyard manat köçürülüb


Digərləri 26 Noy 2019 19:17:00 141 0

Son iki ildə gömrük orqanları tərəfindən büdcəyə əlavə 2 milyard manat köçürülüb

Son iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürül

Bakı. Son iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülübş Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bunu komitə sədri Səfər Mehdiyev "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransında deyib. S.Mehdiyev tədbirin əvvəlində çıxış edərək cari ilin 10 ayı ərzində görülən işlər, həyata keçirilən islahatlar, tətbiq edilən yeni layihələr və gələcək hədəflər barədə məlumat verib. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar hesabına şaxələndirilərək bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb. Komitə sədri aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirildiyini, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyətinin dəfələrlə artdığını diqqətə çatdırıb. Şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərə toxunan Səfər Mehdiyev uçotun düzgün qurulması məqsədilə atılan addımlardan danışıb, vahid risk platformasının yaradıldığını, görülən işlər hesabına gömrük ödənişlərindən yayınma hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Son iki ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülməsini də Komitə sədri həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib.