KOBİA rəsmisi: Sahibkar istehsal etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər


Digərləri 26 Noy 2019 11:22:00 275 0

KOBİA rəsmisi: Sahibkar istehsal etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər

Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib.

Bakı. Elçin Mehdiyev – Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "World E-Commerce Forum Eurasia Baku 2019" konfransında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov bildirib ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib.