Masazırda kafe və avtomobil təmiri sexi yanıb


Digərləri 26 Noy 2019 11:13:00 298 0

Masazırda kafe və avtomobil təmiri sexi yanıb

Abşeronda kafe və avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (kafe və avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində "ЗАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.