Əsgər marşı


Digərləri 26 Noy 2019 10:46:15 4042 0

Əsgər marşı

Mahnının sözləri Osmanlı ordusunda oxunan, Rüfət bəyin (1820-1888) bəstəsi olan “Alay marşı” ilə eynidir, ancaq melodik tərkibi çox fərqlidir.

Alay marşı Yəmən savaşı (1871-1872) dönəmində bəstələnib, 1919-cu ildə dərc olunub. Bəstəkar Cavanşir Quliyev açıqlamalarında bu marşın sözlərinin bir əsgər tərəfindən ona verildiyini söyləyib. Marşı Cavanşir bəyə təqdim edən əsgər isə bunu babasından eşitdiyini bildirib.

 

Qaynaq / Sources :

  1. Aydın Öğüt (Türkiye). Azərbaycan hərbi orkestr. “Musiqi Dünyası” jurnalı.

Ayrıca bax / See also :

  1. Osmanlı ordusunun “Alay marşı” (Rüfət bəyin bəstəsi)
  2. Azərbaycan marşları, hərbi mahnıları / Azerbaijani military songs, marchs
  3. Azərbaycan melodiyalari – A hərfi
  4. Azərbaycan melodiyalari – Ə hərfi

***
Vətən məni yetişdirib, bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
Boş oturma, çalış dedi, xidmət eylə Vətənə,
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə

Nəqərat:
Marş, irəli ! Marş irəli,
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!

Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq namus bizə ar olsun,
Nə gözəldir ölmək bizə sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə daima için-için.


Xəbərə aid video