Orxan Məmmədov: "Elektron ticarətin inkişafı üçün vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır"


İqtisadiyyat 26 Noy 2019 10:57:14 281 0

Orxan Məmmədov: "Elektron ticarətin inkişafı üçün vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır"

​Orxan Məmmədov: "Elektron ticarətin inkişafı üçün vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır"

© Report/ Elchin Murad

"Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "World E-Commerce Forum Eurasia Baku 2019" konfransında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

“Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəf ticarətin inkişafı prioritet olaraq müəyyən edilib. Ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üçün hüquqi zəmin yaranıb. Hesab edirik ki, elektron ticarətin inkişafı üçün 3 tərəf - vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyırlar. Vətəndaşın əsas çəsuliyyəti rəqəmsal biliklərş yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə iqtisadi subyüktlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir. Qeyd etmək istərdim ki, 2017-ci ildə yaradılmış KOBİA-nın əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta biznesin dəstəklənməsidir", - o qeyd edib.