Albaniyada 6,4 bal gücündə zəlzələ olub, 3 nəfər ölüb, 150 nəfər yaralanıb - YENİLƏNİB


Dünya 26 Noy 2019 10:42:00 208 0

Albaniyada 6,4 bal gücündə zəlzələ olub, 3 nəfər ölüb, 150 nəfər yaralanıb - YENİLƏNİB

Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ baş verib.

Albaniyanın paytaxtı Tirana ətrafında baş verən zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 150 nəfər yaralanıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı Albaniyanın Müdafiə Nazirliyi yayıb.

Bu, son 30 ildə ölkədə qeydə alınan ən güclüzəlzələdir.

Məlumata görə, ölən və yaralananların sayının artacağı ehtimal edilir. Zəlzələ baş verən ərazidə bir neçə ev də uçub. Dağıntılar altında qalanlar var.

Xilasetmə əməliyyatı davam edir.

*** 09:27

Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Təbiət hadisəsi nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək