Masazırda gecə saatlarında ata ilə qızı döyüb xəstəxanalıq etdilər


Digərləri 26 Noy 2019 10:32:00 229 0

Masazırda gecə saatlarında ata ilə qızı döyüb xəstəxanalıq etdilər

Masazırda gecə saatlarında ata ilə qızı döyülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində naməlum şəxslər ata ilə qızı döyüblər.

Döyülən şəxslər ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 1966-cı il təvəllüdlü Əhmədov Əfqan Süleyman oğluna alt çənənin sınığı və 1994-cü il təvəllüdlü Ramazanova Aysel Əfqan qızına isə burun sınığı diaqnozu qoyulub.