“Həkimlərimizi tanıyın!” - Plastik-rekonstruktiv və estetik cərrah İnarə İsmayılova


Digərləri 26 Noy 2019 10:37:00 461 0

“Həkimlərimizi tanıyın!” - Plastik-rekonstruktiv və estetik cərrah İnarə İsmayılova

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə insana gözəl bədən quruluşu, gözəl sifət cizgiləri bəxş edən, onları gözəl yaşamağa sövq edən və komplekslərdən azad olmağa köməklik göstərən plastik-rekonstruktiv və estetik cərrah Dr.İnarə İsmayılovanı təqdim edirik.

Bakı. “Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə insana gözəl bədən quruluşu, gözəl sifət cizgiləri bəxş edən, onları gözəl yaşamağa sövq edən və komplekslərdən azad olmağa köməklik göstərən plastik-rekonstruktiv və estetik cərrah Dr.İnarə İsmayılovanı təqdim edirik. Dr.İnarə İsmayılova Mərkəzi Gömrük Hospitalında mastopeksiya-süd vəzilərinin dartılması, mamaplastika-döş formasının dəyişdirilməsi, abdominoplastika-qarın plastikası, rinoplastika-burun plastikası, liposakşn-piylərin əridilməsi, lipofilinq və blefaroplastika-göz qapaqlarının plastikası əməliyyatlarını həyata keçirir. Qeyd edək ki, Dr.İnarə İsmayılova 2006-cı ildə Odlar Yurdu Universitetində müalicə işi fakültəsini bitirmiş, 2006-2007-ci illərdə Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında internatura keçmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiya keçmiş, 2015-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik Estetik Rekonstruktiv cərrahiyyənin əsaslarını öyrənmiş, 2018-ci ildə Sankt-Peterburqda Estetik cərrahi süd vəzi və bədən şəkilləndirmə və 2018-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda dodaq- damaq yarığı cərrahiyyəsi kursunu mənimsəmişdir. Dr. İnarə İsmayılova 2011-2014-cü illərdə özəl tibb müəssisələrində plastik cərrah kimi çalışıb. 2014-cü ildən Dr. İnarə İsmayılova Mərkəzi Gömrük Hospitalında plastik-rekonstruktiv və estetik cərrah kimi çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/inara-ismayilova/. (adsgarden = window.adsgarden || []).push({}); Dr.İnarə İsmayılovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin