Cahangir Hacıyev bəraət istəyib


Digərləri 26 Noy 2019 10:38:00 234 0

Cahangir Hacıyev bəraət istəyib

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyev və D.Xəlilov çıxış edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apellyasiya şikayəti üzrə baxış iclası keçirilib. Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyev və D.Xəlilov çıxış edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Proses dekabrın 9-da davam etdiriləcək. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin