"Şamaxinka"nın tıxac dərdi


Digərləri 26 Noy 2019 10:27:00 410 0

"Şamaxinka"nın tıxac dərdi

Sürücülərin, demək olar ki, hər gün tıxaca düşdüyü və şikayət etdiyi yerlərdən bəlkə də birincisi "Şamaxinka" kimi tanıdığımız ərazidir. Burada mövcud olan daimi xaos sürücüləri də, piyadaları da bezdirib. Bəs səbəb nədir?

Son.az xəbər verir ki, oxuculardan biri avtosfer.az-a fotolar göndərib. Avtomobillər qanunsuz olaraq harda gəldi park olunub.

Bundan başqa ərazidə taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir. Nəticədə avtobuslar sərnişinləri yolun ortasında düşürmək məcburiyyətində qalır. Bu isə tıxacı artırır.