Tbilisidə polis etirazçıları "suladı":


Dünya 26 Noy 2019 10:09:00 390 0

Tbilisidə polis etirazçıları "suladı":

Gürcüstan polisi su şırnağı vasitəsilə Tbilisidə parlamentin qarşısındakı meydanda etiraz aksiyası keçirən insanları oradan çıxarır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" xəbər verib.

Xüsusi təyinatlı qüvvələr parlamentə aparan yolları avtobusla bağlayıb binanın bütün girişlərini boşaldıb. Etiraz aksiyasının 20 iştirakçısı saxlanılıb.

Hazırda meydanda onlarla mitinq iştirakçısı qalıb. Onlar etiraz aksiyasını davam etdirəcəklərini və parlament iclasının keçirilməsinə yol verməyəcəklərini bəyan ediblər.