Abşeronda sərnişin avtobusu piyadanı vurub, vəziyyəti ağırdı FOTO


Digərləri 26 Noy 2019 08:32:00 452 1

Abşeronda sərnişin avtobusu piyadanı vurub, vəziyyəti ağırdı  FOTO

Abşeron rayonunda sərnişin avtobusu piyadanı vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı magistral yolunun Atyalı yaşayış sahəsinin ərazisinə düşən hissəsində baş verib.

114B nömrəli marşurut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçən, hələlik adı, soyadı açıqlanmayan 30-35 yaşlı kişini vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.