"WhatsApp"da yeni funksiya olacaq


Digərləri 26 Noy 2019 08:42:00 385 0

"WhatsApp"da yeni funksiya olacaq

"WhatsApp" tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər.

Son.az Trend-ə istinadən bildirir ki, "Mesajları silmək" seçimi, Android əməliyyat sistemi üçün 2.19.348 mesenjerinin beta versiyasında ortaya çıxıb. Qeyd olunur ki, bu funksiya proqramın daha əvvəlki beta versiyasında qismən mövcud olub və "Yox olan mesajlar" adlandırılıb.

Mesenjerin test versiyasında opsiyanı "Əlaqə məlumatları" və ya "Qrup çat parametrləri" nişanlarında aktivləşdirmək olar, bu halda onları yalnız qrup idarəçiləri istifadə edə bilər.