BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxılaraq ağır xəsarət alıb


Sosial 26 Noy 2019 09:30:26 386 0

BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxılaraq ağır xəsarət alıb

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, 1941-ci il təvəllüdlü Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi,fəlsəfə elmləri namizədi,78 yaşlıFazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsindəqeydə alınıb.

Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinəyerləşdirilib və əməliyyat olunub.

Qeyd edək ki, F.Vahidov 1941-ci ildə anadan olub.1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir.F.Vahidov 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də imzaladığı sərəncamla F.Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.