Azərbaycan nefti ucuzlaşıb


İqtisadiyyat 26 Noy 2019 09:36:20 359 0

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,29% azalıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,20 ABŞ dolları və yaxud 0,29% azalıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,73 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.