Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar


Digərləri 26 Noy 2019 08:55:00 411 0

Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon'un ilk sezonu ilə müsbət rəylər toplayan The Boys serialının 2-ci sezon çəkilişləri bir müddətdir ki, başlayıb. İlk sezonu ilə superqəhramanları fərqli rollarda göstərərək insanların həyatını əslində necə məhv etdiklərini ekranlaşdırmışdı. Serialda istifadə olunan musiqilər, nəhəng büdcəsi səbəbi ilə keyfiyyətli CGİ olması, kast seçiminin doğru olması və s. kimi faktorlar səbəbi ilə çox sevilən serialın 2-ci sezonu ilə bağlı bilinən bütün məlumatları topladıq.

The Boys serialının 2-ci sezonu ilk sezondan tam 1 il sonra yayımlanacaq. Yəni artıq 7-8 ay sonra 2-ci sezon çıxmış olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, 2-ci sezon ilə qan,şiddət, keyfiyyətli CGİ və möhtəşəm aktyorluqlar davam edəcək. İkinci sezonun çəkilişləri başlasa da hələki fraqman və ya tanıtım videosu yoxdu. Anlaşılan bir müddət gözləməli olacıq. Həmçinin serialda The Butcher obrazını canlandıran Karl Urban verdiyi reportajlarda 2020-nin ortalarında serialın çıxacağını vurğulayıb. Serialda iştirak edən aktyorlardan bilinən məlumatlara əsasən heç kim ayrılmayıb.