Albaniyada 6,4 bal gücündə zəlzələ olub


Dünya 26 Noy 2019 09:27:51 376 0

Albaniyada 6,4 bal gücündə zəlzələ olub

Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ baş verib.

Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Təbiət hadisəsi nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.