Şvartseneqqerin özündən geri qalmayan oğlu FOTO


Digərləri 26 Noy 2019 08:58:00 410 0

Şvartseneqqerin özündən geri qalmayan oğlu  FOTO

Hollivud ulduzu və Kalifroniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqerin oğlu Jozef Baena sosial şəbəkədə gündəmə çevrilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, atasının keçmiş görünüşünü xatırladan əzələli fotolarını paylaşan Jozef minlərlə "like" və "comment" alıb. İzləyicilərin əksəriyyəti onu Şvartseneqqerin gəncliyi adlandırıb.

Qeyd edək ki, Jozef Şvartseneqqerin evində qulluqçu işləyən Mildred Baena ilə qeyri-rəsmi münasibətindən doğulub. Hətta vaxtilə bunu öyrənən Maria Şriver Arnoldla 25 illik münasibətinə son qoyub boşanmaq qərarına gəlmişdi. Mildred açıqlamalarının birində "Şriverə həqiqəti deyəndə məni qcaqladı və birlikdə ağladıq" söyləyib.