Azərbaycanda avtomobil istehsalı artıb


Digərləri 26 Noy 2019 09:05:00 336 0

Azərbaycanda avtomobil istehsalı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1880 minik avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Son.az xəbər verir ki, Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycanda istehsal olunmuş avtomobil, qoşqu və yarımqoşquların ümumi istehsalı 79,3 milyon manat təşkil edib (il ərzində 18,3 faiz azalma).

Hesabat dövründə ölkəyə 380 milyon manat məbləğində 27 825 minik avtomobili idxal edilib.

Azərbaycana 42,3 milyon manat məbləğində 5583 yük avtomobili (müvafiq olaraq 1,7 və 3,7 dəfə artım) və 48,9 milyon manat məbləğində 371 avtobus (müvafiq olaraq 8 və 3,4 dəfə artım) idxal edilib.