Xərçəngə qalib gələn insanlar daha çox bu xəstəliklərdən ölür


Digərləri 26 Noy 2019 08:38:00 444 0

Xərçəngə qalib gələn insanlar daha çox bu xəstəliklərdən ölür

Xərçəng xəstəliyinə qalib gələn insanlar sonradan ürək-damar xəstəliklərindən ölürlər. Onların sayı bu xəstəlikdən ölən digər insanlarla müqayisədə daha çoxdur.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "European Heart Journal" jurnalı yazıb.

ABŞ-ın Pensilvaniya ştatının tibbi kollecinin mütəxəssisləri 40 il ərzində üç milyondan çox pasiyentin vəziyyətindəki dəyişiklikləri izləyib. Onlar məlum edib ki, xərçəngə qalib gələn pasiyentlər xərçəng diaqnozu olmayanlarla müqayisədə daha çox insult, ürək xəstəlikləri və onlarla bağlı olan ürək-damar patalogiyasından dünyalarını dəyişirlər.