Aeroport və mehmanxanalarda istifadə üçün robot süpürgəçi təqdim olunub


Digərləri 26 Noy 2019 08:11:00 442 0

Aeroport və mehmanxanalarda istifadə üçün robot süpürgəçi təqdim olunub

600-dək marşrutu yadda saxlayan və 3 saat ərzində avtonom işləyən yeni qurğu ilk növbədə aeroport və mehmanxanalarda istifadə üçün nəzərdə tutulub.

Son.az ictnews.az-a istinadən bildirir ki, "SoftBank" şirkəti Şimali Amerika bazarı üçün yeni robot süpürgəçi təqdim edib. Honkonqun "ICE Robotics" şirkəti ilə birgə hazırlanmış "Whiz" adlı qurğu aeroport və mehmanxana, həmçinin tələbə kampuslarında istifadə üçün nəzərdə tutulub.

"BrainOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən "Whiz" robotu 600 təmizləmə marşrutu haqqında informasiyanı yadda saxlayır. Robotun yaddaşına yeni marşrut əlavə etmək üçün onu bir dəfə həmin yolla aparmaq kifayətdir.

Daxili kompüter görmə sistemi sayəsində "Whiz" robotu maneələri dəf edə, hətta əlçatmaz yerlərə gedə bilir. Dəfedilməz maneə ilə qarşılaşdıqda robot kömək üçün personala mesaj göndərir. Bulud xidməti vasitəsilə uzaq məsafədən robotun vəziyyətini yoxlamaq mümkündür.