Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar


Digərləri 26 Noy 2019 08:05:00 325 0

Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar

Moskva Fizika Texniki İnstitutu , "T8" şirkəti və ABŞ-ın "Corning Incorporated" korporasiyasının fizikləri aralıq gücləndirici olmadan yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üçün "Volqa" sistemini hazırlayıblar. Tədqiqat işinin nəticələri "IEEE Photonics Technology Letters" jurnalında dərc edilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, fiziklər ilk sınaq çərçivəsində siqnalı 520 kilometr məsafəyə 200 Qb/s sürətlə ötürməyə nail olublar, halbuki əvvəlki rekord 100 Qb/s sürətini ötmürdü.

Belə siqnal gücünü əldə etmək üçün ABŞ-ın "Corning" şirkətinin kabellərindən istifadə edilib. Siqnalın zəifləməməsi üçün kabel başlıq və sonluq hissələrdə iki aralıq nöqtədə gücləndirilib.