“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%dək artmasını proqnozlaşdırır


Digərləri 26 Noy 2019 07:41:00 338 0

“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar "5G" şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər, 2022-ci ildə belə qurğuların tədarükü 750 milyona yaxınlaşacaq. Dünyanın ən böyük mobil çip istehsalçısı "Qualcomm" şirkəti belə proqnoz verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, şirkət bundan əvvəl 2020-ci ildə "5G" smartfon tədarükünün həcmini 175-225 milyon aralığında proqnozlaşdırmışdı.

"Qualcomm" şirkətinin nümayəndələri hesab edirlər ki, "5G" texnologiyasının tətbiqi prosesi "4G" ilə müqayisədə daha sürətli olacaq. Bu, Çində texnologiyanın sürətləndirilmiş kommersiya istismarına verilməsi və müxtəlif qiymət kateqoriyasına uyğun çipsetlərin əlçatanlığı ilə izah edilir.