TikTok 1.5 milyardı keçdi


Digərləri 26 Noy 2019 07:11:00 357 0

TikTok 1.5 milyardı keçdi

Son zamanlarda hər kəsin sevimlisinə çevrilən TikTok qlobal bazarda da bunun qarşılığını almağa başlayıb. Bu gün etibarı ilə TikTok 1.5 milyard dəfə yüklənib. Həm iOS, həm Android ekosistemində ən çox yüklənən 3'cü tətbiq olaraq öz yerini qoruyur. Tətbiq uzun illərdir davam edən Facebook hegemoniyasını aşaraq Facebook və İnstagram kimi tətbiqlərdən daha çox yüklənmə sayı qazandı. 1 və 2-ci sıralarda isə Whatsapp və Messenger tətbiqləri yerləşir.

2016-cı ildə çıxan TikTok bu gün 1.5 milyard dəfə yüklənilib və istifadəçi sayı hər keçən gün daha da artır.

Tətbiq təkcə 2019-cu ilin 3-cü hissəsinda 176 milyon yüklənib və bu sayılara Çindəki 3-cü tip yükləmə mağazaları daxil deyil. Çində təxminən 173.2 milyon yüklənmə ilə böyük artım göstərsə də ABŞ-da 123.8 milyon yüklənmə sayı ilə 3-cü sırada yer alır.