Hollivudda maçete ilə silahlanmış soyğunçu öldürülüb


Dünya 26 Noy 2019 07:01:00 415 0

Hollivudda maçete ilə silahlanmış soyğunçu öldürülüb

Hollivud polisi, noyabrın 25-də maçete ilə silahlanmış soyğunçuya atəş açaraq onu ölümcül yaralayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, qarətçi maçete təhdidi altında mağazanı qarət edib vəbir avtomobili oğurlamağa çalışarkən polis patrulunun avtomobilinə çırpılıb. Hadisə yerindən qaçmağa çalışan soyğunçu polis tərəfindən atəşə tutulub.

Yaralananan yerli xəstəxanaya aparılsada, sağ qala bilməyib. Polis sözçüsü, təcavüzkarın təxminən yarım metr uzunluğunda bir maçete ilə silahlandığını söyləyib. Onu tutmağa çalışan polislərdən biri yaralanıb.