Tbilisidə polis aksiyaçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib


Dünya 26 Noy 2019 06:10:08 419 0

Tbilisidə polis aksiyaçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib

​Tbilisidə polis aksiyaçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib

Gürcü polisi Tbilisidə parlamentin binası qarşısında toplaşmış mitinq iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" bildirib.

"Yeni Gürcüstan" Partiyanın lideri Qeorqi Vaşadze bilddirib ki, polis tərəfindən bir neçə nəfər saxlanılıb. Onlar arasında müxalif siyasətçilər də var.

Qeyd edək ki, ötən günTbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar parlamentin binası qarşısında çadırlar qurublar.Onlar deputatların parlamentin bugünkü plenar iclasında iştirak etmələrinə imkan verməyəcəklərini bildiriblər.

Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.