Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların siyahısında dəyişiklik edilib


Digərləri 26 Noy 2019 02:18:17 278 0

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə – “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın “Binaların sayı, ədəd” sütununda “237” rəqəmləri “266” rəqəmləri ilə, “146” rəqəmləri “170” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında “751” rəqəmləri “798” rəqəmləri ilə, “542” rəqəmləri “581” rəqəmləri ilə, “620” rəqəmləri “664” rəqəmləri ilə, “413” rəqəmləri “449” rəqəmləri ilə, “131” rəqəmləri “134” rəqəmləri ilə, “129” rəqəmləri “132” rəqəmləri ilə, “Sayı, ədəd” sütunlarında “192” rəqəmləri “218” rəqəmləri ilə, “103” rəqəmləri “124” rəqəmləri ilə, “45” rəqəmləri “48” rəqəmləri ilə, “43” rəqəmləri “46” rəqəmləri ilə əvəz edilsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin