İmmuniteti gücləndirir, cinsi gücü artırır Noxud suyunun bilinməyən faydaları


Digərləri 25 Noy 2019 23:43:00 400 0

İmmuniteti gücləndirir, cinsi gücü artırır  Noxud suyunun bilinməyən faydaları

Noxud çoxlu zülal, kalsium, sink, maqnezium, dəmir mineralları ilə zəngindir. Onun bədənə su yığılmasının qarşısını aldığı, zehni yorğunluğu aradan qaldırdığı, ana südünü artırmağa kömək etdiyi, batmış səsi çaçmağa və öskürəyə faydalı olduğu deyilir. Noxud ürək damar sağlamlığını qoruyur, xolesterolu aşağı salır, qan şəkərinini normalaşdırır, cinsi istəyi və gücü artırdığı bildirilir.

Son.az medicina.az-a istinadən bildirir ki, noxudun suyu da ən azı özü qədər  faydalıdır. Adətən noxudu bir gecə suda saxlayırıq, sonra qaynadırıq. Daha sonra noxudu istifadə etsək də suyunu fərqli səbəblərdən dolayı yeməklərə əlavə etmirik. Ancaq noxud suyunu bundan sonra atmamağınızı tövsiyə edirik. Çünki bu su sağlamlığınız üçün olduqca faydalıdır.

Noxud suyunun digər faydaları

- Kişilərdə cinsi gücü artırır, sperma sayının artmasına kömək edir.

- Yaranı tez bir zamanda sağaldır və hüceyrə yeniləyir.

- İmmunitet sistemini gücləndirir, xəstəliklərdən qoruyur.

- Revmatizm ağrılarına yaxşı təsir edir. Bel və əzələ ağrılarına qarşı faydalıdır.