Bu 4 qidadan imtina etdi, 5 ildir xəstəlik nədir bilmir Sirrini bölüşdü


Digərləri 25 Noy 2019 23:46:00 401 0

Bu 4 qidadan imtina etdi, 5 ildir xəstəlik nədir bilmir  Sirrini bölüşdü

Rusiyalı bloger səhhətində baş verən qəribə dəyişikliklər, səbəbsiz qızdırma, gecələr titrətmə, eləcə də xroniki yorğunluqdan dərman müalicəsi alsa da, qidalanmasını dəyişib, eksperiment aparmaq qərarına gəlir. 

O, artıq 5 ildir ki, rasionundan cəmi 4 qidanı çıxarıb və bundan sonra orqanizmindəki dəyişiklikləri izləyib.

Son.az medicina.az-a istinadən həmin imtina olunan qidaları təqdim edir.

1.Çörək və ağ undan məmulatlar

Bizi uşaqlıqdan öyrədirlər ki, çörək ye ki, böyüyəsən. Ağ un ümumiyyətlə insana lazım deyil. Bu unda buğdadan əsər əlamət yoxdur. Çünki çox işlənib, təmizlənib. Ağ unda antinutrientlər çoxdur, onlar illərlə nazik bağırsağın divarını məhv edir. Ağ undan çörək və məmulatlar bağırsaqlarda vitamin, mineralların sovrulmasını pozur. Belə insanlarda qanazlığı olur. 

Əgər çörək istəyirsizsə, tam taxıl unundan özünüz bişirin, özü də mayasız.

2.Hazır ət məhsulları, yarımfabrikatlar, kolbasa 

Siz hələ də ucuz qiymətə kolbasa, sosis alıb yeyirsiz. Axı orda ət yoxdur. Olsa -olsa dəri, sümük, qığırdaqdır. Restoran və marketlərdə olan bütün hazır və yarımhazır, işlənmiş ət məhsulları minlərlə ton istehsal olunur. Onlara yüz minlərlə heyvan lazımdır. Sizcə bu qədər heyvanı onlar hardan alır?  Ona görə marketdən tərkibində ət olan heç bir şey almıram.