Sabunçuda avtomobil ahıl kişini vurub, vəziyyəti ağırdır


Sosial 25 Noy 2019 23:36:56 366 0

Sabunçuda avtomobil ahıl kişini vurub, vəziyyəti ağırdır

​Sabunçuda avtomobil ahıl kişini vurub, vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində 1954-cü il təvəllüdlü İsayev Rəfael Məhzəli oğlu yolu keçərkən onu maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.