Şəhər əhalisinin sağlamlığı üçün ağac və parklar lazımdır Dünya Səhiyyə Təşkilatı


Digərləri 25 Noy 2019 23:19:00 497 0

Şəhər əhalisinin sağlamlığı üçün ağac və parklar lazımdır  Dünya Səhiyyə Təşkilatı

Şəhər əhalisinin sağlamlığına ətraf mühitin vurduğu zərər və bunun qarşısını almaq üçün nələr etmək lazımdır mövzusunda ən böyük beynəlxalq elmi layihə Barselona Universitetinin alimləri tərəfindən başa çatdırıldı. Ümumdünya Səhiyyə Təşkilatının da qoşulduğu bu tədqiqatın nətivələri Lancet dərgisində dərc olunub.

Son.az medicina.az-a istinadən bildirir ki, müəlliflər sistematik metanalizlər aparıb və yaşıllıqla şəhər əhalisinin sağlamlığı arasında əlaqənin olmasını öyrənən 9 uzunmüddətli araşdırmaların nəticələrini təhlil edib.

Bu elmi işlər ABŞ, İspaniya, İtaliya, Çin, İsveçrədə aparılıb.

Tədqiqatlar zamanı parklara və yaşıllıqlara yaxın ərazilərdə yaşayan insanlarla uzaqda yaşayan vətəndaşların xəstəlik tarixçələri tutuşdurulub. Bütünlükdə 8 milyon insan hədəfə alınıb.

9 tədqiqatın nəticələri demək olar eyni olub: daha çox ağac, kol, yaşıllıq, otluq, park, meşəlik olan ərazilərə yaxın rayonlarda, binalarda yaşayan şəhər insanı daha sağlam və uzun ömür yaşayıb.