Yaxın 5 ildə şəkər xəstəsi olacağınızı göstərən əlamətlər Bu nahiyədə ləkələr varsa....


Digərləri 25 Noy 2019 22:55:00 379 0

Yaxın 5 ildə şəkər xəstəsi olacağınızı göstərən əlamətlər  Bu nahiyədə ləkələr varsa....

Hazırda II tip diabet xəstəliyi dünyada sürətlə yayılan xəstəlikdir. Xəstələr əvvəllər yaxşı olduqlarını, şəkərin qəfil onları yaxaladığını deyir. 

Halbuki bir çox xəstəliklər kimi diabet də "gəlirəm" əlamətləri verir.

Son.az medicina.az-a istinadən ən azı 5-7 il öncədən bəzi əlamətlərlə diabetə doğru gedəcəyinizi xəbər verir.

1. Sİdiyə tez-tez getməyə başlamısız.

Fərqi yoxdur, gecə, gündüz, hiss edirsiz ki, tualetdə gününüz çox keçir? Qanda artıq qlükoza sidiklə ixras olur. Eləcə də bədən çox maye itirir. 

2. Aclıq hissi artıb, iştah yüksəlib

Bunda pis nə var ki, düşünürsüz. Lakin normadan artıq aclıq, yeyib doymamaq şəkərli diabetin elə birinci xəbərçisidir. 

3. Tez yorulma, tənbəllik

Diabet xəstələri 3 il öncədən hədsiz yorğunluq, enerjisizlikdən şikayətləndiklərini xatırlayır. Heç bir iş görmədən, elə evin içindəcə yorğun-arğın gəzmək o deməkdir ki, orqanlar və hüceyrələr lazımi qədər enerji almır.