Kimlərə zəncəfil qəti olmaz? Saçları tökə bilər


Digərləri 25 Noy 2019 22:46:00 364 0

Kimlərə zəncəfil qəti olmaz?  Saçları tökə bilər

İndi hər kəs zəncəfildən istifadə edib, sağlamlığının qeydinə qaldığını düşünür. Amma çox faydalı olduğu deyilən zəncəfilin də bir çox insanlara zərəri var.

Son.az medicina.az-a istinadən zəncəfilin əks göstəriş olduğu xəstələri təqdim edir.

-Çox arıq, çəkisi az, anoreksiyadan əziyyət çəkənlərə 

Zəncəfil kök, piylənmədən və diabetdən əziyyət çəkənlər üçün arıqladıcı kimi yaxşıdır. Amma çəkisi normadan az olan insanlarda zəncəfil kökü əzələləri zəiflədir, menstrual tsikli pozur, saçları tökür, vitaminsizliyi artırır. 

-Hamiləlikdə

Zəncəfildə əzələni yığan maddə var. Bu da uşaqlıq üçün zərərlidir. Hamiləlik  zamanı düşük və vaxtından əvvəl doğuma səbəb ola bilər. Xüsusən 7ci aydan sonra zəncəfilli istənilən qidadan imtina etmək lazımdır.