Tovuzda polis zabiti 17 yaşlı oğlanı vurdu


Digərləri 25 Noy 2019 22:05:29 284 0

Tovuzda polis zabiti 17 yaşlı oğlanı vurdu

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində olub. Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (adsgarden = window.adsgarden || []).push({}); Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır. Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin