Gəncədə evdə kişi meyiti tapılıb


Digərləri 25 Noy 2019 21:45:00 388 0

Gəncədə evdə kişi meyiti tapılıb

Gəncədə evdə 64 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Abdıyev Qabil Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.