Noyabrın 25i Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günüdür


Dünya 25 Noy 2019 21:09:00 344 0

Noyabrın 25i Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günüdür

Dünyanın fəal qadınları 1981-ci ildən başlayaraq hər il noyabrın 25-də zorakılıq əleyhinə beynəlxalq günü qeyd edirlər. 1999-cu il dekabrın 17-də BMT Baş Assambleyası noyabrın 25-ni Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT hökumətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə yönəldilmiş tədbirlər keçirməyi tövsiyə edib. 1960-cı ildə Dominikan Respublikasında baş vermiş hadisə beynəlxalq günün elan edilməsinə tarixi şərait yaradıb. Fəal siyasətçilər olan Mirabal soyadlı üç bacı Dominikan diktatoru Rafael Truxilyonun əmri ilə vəhşicəsinə öldürülüb.

BMT-nin Baş katibi Antoniu Quterriş bildirib ki, bütün qadınların və qızların zorakılıqdan uzaq yaşamaq hüququ var. Ancaq dünyanın müxtəlif guşələrində onların bu hüquqları kobudcasına pozulur. Xüsusən daha yoxsul və zəif təbəqələrdən olan bir çox qadın fiziki, yaxud seksual təhqirlərə məruz qalır. Dünyada hər üç qadından biri bu və ya digər dərəcədə fiziki və ya cinsi zorakılıqla üzləşir. Əksər hallarda bu, cinsi tərəfdaşı tərəfindən törədilir.

Dünyada təxminən 750 milyon qadın və qız 18 yaşına çatmamış nikaha daxil olub.