Həkimlər Londonu xəbərdar etdi:


Dünya 25 Noy 2019 20:54:00 301 0

Həkimlər Londonu xəbərdar etdi:

Altmışdan çox həkim İngiltərənin daxili işlər naziri Priti Patelə açıq məktub yazaraq "Vikiliks" saytının qurucusu Culian Assancın dərhal tibbi yardım almayacağı təqdirdə həbsxanada ölə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.

"Culian Assancın 2020-ci ilin fevralında məhkəmə önünə çıxarılmasının mümkünlüyü dair xəbərlər tibbi nöqteyi-nəzərdən bizim ciddi narahatlığımıza səbəb olur", - deyə həkimlər bildiriblər.

İngiltərə, Avropanın digər ölkələri, Avstraliya və Şri-Lankadan olan mütəxəssislər qeyd edir ki, Assanc fiziki və psixoloji vəziyyətinin ixtisaslı mütəxəssislər tərəfindən təcili olaraq qiymətləndirilməsi üçün tibb mərkəzinə köçürülməlidir.