"Taliban"ın 4 silahlısı məhv edildi


Dünya 25 Noy 2019 20:24:00 331 0

"Taliban"ın 4 silahlısı məhv edildi

Əfqanıstan Hərbi Hava Qüvvələrinin Faryab əyalətinin Almar mahalına aviazərbələri nəticəsində radikal "Taliban" qruplaşmasının 4 silahlısı məhv edilib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Əfqanıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, mahal ərazisinə nəzarət edən "Taliban"ın sahə komandiri Mavlavi Əbdül Qafar öldürülüb.

Qeyd olunur ki, son 8 ayda hökumət ordusunun qoşunları 2 mindən çox antiterror əməliyyatı keçirib.