Azərbaycanda yeni xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir


Digərləri 25 Noy 2019 18:24:00 399 0

Azərbaycanda yeni xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir

Azərbaycanda cinayətkarlığın qarşısının alınması ilə bağlı vəziyyət qənaətbəxş olsa da, ölkədə xəfiyyə fəaliyyətinin yaradılması təklif edilir. Millət vəkilləri deyir ki, ölkədə istintaq orqanları ilə paralel olaraq detektiv xidməti fəaliyyat göstərə bilər. Bu həm də şəffaflığın formalaşmasına müsbət təsir edər.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Fərəc Quliyev - Milli Məclisin deputatı: "Hüquq-mühafizə orqanlarına öncədən şifariş vermək mümkün deyil. Onlar yalnız hadisə baş verəndən sonra bununla məşğul olurlar. Amma detektiv əvvəldən prfilaktik olaraq məşğul olur, yaxud da uşaqların axtarılmasında. Eyni zamanda müəyyən məhkəmə qəraralarının icrasındakı boşluqların doldurlması üçün bunlar çox vacibdir".

İllər öncə detektiv kimi fəaliyyət göstərən şəxsin sözlərinə görə, sifarişçilər çox olsa da, qanunvericilik buna imkan vermir.

Keçmiş detektiv: "10-15 il bundan qabaq bir-iki sifariş götürmüşəm. Amma indi etmək olmur, foto-video çəkilişlər qanunla qadağan edilib".

Ekspertlər deyir ki, bu məsələdə mentalitet, mənəvi dəyərlər də mütləq nəzərə alınmalıdır. Xəfiyyənin götürdüyü işdən öz mənafeyinə görə istifadə etməyəcəyinə nəzərat edilməlidir.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Vəzifə funksiyaları üst-üstə düşəcək, toqquşacaq. Burada məlumatların mübadiləsi ola bilər, şəxsi maraqları üstünlük verməklə, cinayətin izindən sapmalar ola bilər".