Rusiyada azərbaycanlı mühafizəçi içib polislərə cumdu


Kriminal 25 Noy 2019 19:04:00 352 0

Rusiyada azərbaycanlı mühafizəçi içib polislərə cumdu

Novosibirsk özəl təhlükəsizlik şirkətinin əməkdaşı, əslən azərbaycanlı olan 55 yaşlı kişi Novokuznetsk şəhərinə gələrək, yersiz davranışları ilə münaqişə törədib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, spirtli içki qəbul edən yaşlı kişi avtovağzalın binasına gələrək, tanımadığı şəxsləri təhqir etməyə, yerdə sürünməyə və hər formada asayiş qaydalarını pozmağa başlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirə bilməyiblər. Hüquq müdafiəçiləri gördükdə belə təhlükəsizlik şirkətinin əməkdaşı polislərin ünvanına təhqiredici ifadələr işlətməklə, onları alçaltmağa başlayıb.

Azərbaycanlı şəxs saxlanılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 319-cu maddəsinə əsasən cinayət işi açılıb.