İcbari tibbi sığortanın faydaları nə olacaq?


Digərləri 25 Noy 2019 19:11:00 361 0

İcbari tibbi sığortanın faydaları nə olacaq?

Trend Türkdilli Dövlətlərin İqtisadçıları Birliyinin sədri, AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın müsahibəsini təqdim edir

- Rəsmiyyə xanım, 2020-ci il yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tədbiqinə başlanacaq. Ümumiyyətlə, icbari tibbi sığortanın əsas mahiyyəti nədir?

- İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.

- Xidmətlər zərfinə nələr daxildir?

- Xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, ölkəmizdə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir.

- İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilərlər?

- İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edəcəklər: Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti); İlkin səhiyyə (ailə həkimi) xidməti; Ambulator şəraitdə müayinə və müalicə; Stasionar müalicə; Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.); Fizioterapevtik xidmətlər; Laborator müayinələr; Hamiləlik və doğuş xidməti; Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.); Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya; Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.); Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

- İcbari tibbi sığorta fondu hansı maliyyə mənbələri hesabına formalaşacaq?

- İcbari tibbi sığortanın maliyyələşmə mənbələri əsasən dövlət büdcəsinin vəsaitləri, icbari tibbi sığorta haqlarıdır. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanuna əsasən digər mənbələr də (bank kreditləri, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə olunan gəlirlər və s.) mövcuddur.

- Hansı kateqoriya vəvəndaşlar üçün güzəştlər nəzərdə tutulur?