Öldürdüyü kişini yandırıb istisinə qızındı


Kriminal 25 Noy 2019 19:24:00 347 0

Öldürdüyü kişini yandırıb istisinə qızındı

Törətdiyi qətl hadisəsinə görə saxlanılan 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramov soyuqdan qızınmaq məqsədilə içki yoldaşını yandırdığını etiraf edib.

Son.az xəbər verir ki, hadisə haqda oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl verilən açıqlamada Bakı şəhəri, Nərimanov rayonu Nürəddin Süleymanov küçəsində aparılan tikinti çuxurundan Naxçıvan şəhərində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədinin tapılması barədə məlumat verilmişdi.

Meyitin ekspertizası zamanı həkimlər çoxlu sayda bıçaq yaraları aşkar ediblər. İlkin məlumata əsasən, qətl hadisəsi başqa ünvanda həyata keçirilib. Cinayətin iştirakçıları öldürülən şəxsi avtomobil vasitəsilə Nürəddin Süleymanov küçəsinə gətirərək, tikinti aparılan ərazidə çuxur yerinə atıb, hadisə yerindən uzaqlaşıblar. 

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333 (hərbi hissəni özbaşına tərk etmə) və 334-cü (fərari) maddələri ilə əvvəllər mühakimə edilmiş Tuqay Bayramov saxlanılıb.