"Mən özümü şoubiznesdə görmürəm, görməyəcəyəm də"


Şou-biznes 25 Noy 2019 19:29:00 307 0

"Mən özümü şoubiznesdə görmürəm, görməyəcəyəm də"

Tanınmış müğənni, əməkdar artist Səbinə İlyasova "Ölkə.Az"-ın suallarını cavablandırıb.

Son.az həmin müsahibəni təqdim edir:

- Səbinə xanım, nəyə görə son zamanlarda sizin ifalarınızı eşitmirik?

- Bu sualı bir kəliə ilə ifadə etmək mənim üçün çətin olacaq. Mən sovet dönəminin müğənnisiyəm. Demokratik dövlət qurulduqdan sonra incəsənətimizdə də dəyişikliklər baş verib. Bizim vaxtımızda sırf peşəkar sənətçilər çıxış edirdi. İndi isə elə deyil. Efirə kimi gəldi dəvət edirlər. Mən də həmin kütləyə qatılmaq istəmədiyim üçün kənara çəkilmək məcburiyyətində qaldım. Mən səbr etdim ki, bəlkə sənət aləmində hər şey əvvəlki kimi qaydasına düşər, lakin elə olmadı. Əksinə hər şey pisə doğru getməyə başladı. Və mən elə bir məktəb görmüşəm ki, indiki şou biznesə qaynayıb-qarışmağa ixtiyarım yox idi. Düzü Rəşid Behbudov məktəbi görmüş biri kimi ürəyim ağrıdı ki, axı nəyə görə əvvəlki sanballı sənət aləmi bu günə düşüb. Kənara çəkilib səbr etsəm də, sonra fikirləşdim ki, unudula bilərəm. Ona görə də 2005-ci ilə qədər çıxış etməyə başladım. Lakin sonra elə alındı ki, ailəmdən 3 nəfər -atam, qardaşım, anam rəhmətə getdi. Qardaşımın ölümündən sonra anam ağır xəstəlik tapdı. Və mən 5 il ona baxmalı oldum. İndi də tək oğlum Amerikada təhsil alır. Tez-tez onun yanına gedib aylarla qalmalı oluram. Ona görə də tamamilə uzaqlaşmalı oldum.

-Efirlərə dəvət alırsınızmı?

-Əlbəttə, efirlərə dəvət alıram. Mən yalandan gileylənə bilmərəm ki,  çağırmırlar. Əksinə dəvət olunan yerə getməyəndə, hər dəfə yox cavabı verəndə özüm utanıram. Həmişə Allaha şükr edirəm ki, mən hörmətimi qazanan müğənni olmuşam. Adım heç zaman qalmaqallarda hallanmayıb. Ona görə də bu günə kimi efirlərə də dəvət alıram. 

- Sənətdən tamamilə uzaqlaşmısız?