KİV: Əfqanıstan təhlükəsizlik qüvvələri 10 silahlını məhv edib


Dünya 25 Noy 2019 18:41:46 346 0

KİV: Əfqanıstan təhlükəsizlik qüvvələri 10 silahlını məhv edib

Vilayətin bir neçə kəndini silahlılardan təmizləmək üzrə əməliyyat keçirilib

Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kunduz əyalətində 10 ekstremisti məhv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Vilayətin bir neçə kəndini silahlılardan təmizləmək üzrə əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələrinin itkisi barədə məlumat verilmir. Yerli polis idarəsi rəhbərinin sözlərinə görə, atışma zamanı iki mülki şəxs ölüb.